02:53 12.07.2025 34

Yusif İmanovun "Sabah" rəhbərliyi ilə mübarizəsi - YAZI

Söz vermişdim ki, belə şeylər yazmayacam, amma məcbur qalıram.

Dünən səhər Yusif İmanovun "Sabah"dan ayrıldığını, müqaviləni birtərəfli ləğv etdiyini işıqlandırmışdıq. Məqalədə qeyd etmişdik ki, klub rəhbərliyinin davranışları buna səbəb olub. Millimizin qolkiperi Avstriyadakı toplanışa aparılmadığı, iştirak ərizəsinə salınmadığı üçün belə edib.

Bu məsələ ilə bağlı həmkarlarım da, dostlarımız da mənə yazdılar ki, belə şey ola bilməz. Futbolçu birtərəfli ləğv edə bilməz. Klub onu əvəzedici komandaya göndərsə də, saziş pozula bilməz. Əvvəlcə AFFA-ya müraciət etməlidirlər.

Əslində bunlar doğru fikirlərdir. Amma...

Birincisi redaksiyaya məlumat daxil oldu. Biz də dəqiqləşdirdik. Olduğu kimi də verdik. Xəbər düz çıxdı? Bəli! Heç 2-3 saat keçmədi ki, Yusif İmanov özü paylaşım etdi. Statusdakı bir məqamə diqqət yetirək:

"Təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması mənim karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi".

Yəni, Yusif 6 aydır ki, klub rəhbərliyi ilə mübarizə aparıb. Təlim-məşq toplanışına aparılmaması, UEFA-nın iştirak ərizəsinə adının salınmaması son hədd olub.

Niyə ardıcıl olaraq "Sabah" rəhbərliyi yazıram? "Çelye" ilə oyundan öncə Valdas Dambrauskadan soruşdum ki, qısa müddətdə Yusifdə nə gördünüz ki, Azərbaycan millisinin üzvlərindən birini nə toplanışa apardınız, nə də Avropa Liqasının iştirak ərizəsinə saldınız. Baş məşqçi nə dedi? Dedi ki, bu proseslər məndən öncə olub. Mənə aidiyyatı yoxdur. Yəni, rəhbərlik belə qərar verib, vəssalam!

İndi sual verirəm, belə halda Yusif İmanov müqaviləni birtərəfli ləğv edə bilər? Bəli! Niyə? Çünki futbolçunun təlim-məşq toplanışına aparılmaması, adının iştirak ərizəsinə salınmaması baş məşqçidən asılıdır. O da deyir ki, mənlik deyil. Belə olan halalda millimizin üzvü müqaviləni birtərəfli ləğv edə bilər.

Gələk, FİFA-ya müraciət məsələsinə. Niyə AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsinə müraciət edilməyib? Çünki bu qurumdakıları İcraiyyə Komitəsinin üzvləri seçirlər. Komitədə kimlər var? "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və klubu yaxınlığı dillərə dastan olan Balakişi Qasımov. Bu faktlardan sonra AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin şikayətə baxacağına və ədalətli olacağına zəmanət verə bilər?

"Sabah"a "Çelye" ilə oyunlarda uğurlar arzu edirəm. Dambrauskas yaxşı məşqçidir. Amma klub rəhbərliyi də işə peşəkar yanaşsalar, oyunu qaydalarına görə oynasalar, daha yaxşı olar...

İLKİN SULTANLI
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

02:53

Yusif İmanovun "Sabah" rəhbərliyi ilə mübarizəsi - YAZI

23:23

"Atletiko"nun sabiq futbolçusu bölgə klubunda

22:23

"Qarabağ"dan növbəti transfer

22:05

Millimizin üzvü: "Heç bir rəqibdən çəkinmirik" - AÇIQLAMA

21:32

"Fənərbağça"nın sabiq futbolçusu İstanbula qayıtdı

21:24

Elmar Baxşıyev: "Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq"

20:42

İtaliya şirkəti bölgə klubuna sponsor oldu

20:11

Şafranko mərhələni keçəcəklərinə inanır - AÇIQLAMA

20:01

"Şamaxı"da yeni futbolçu

19:44

“Araz-Naxçıvan”ın Türkiyədə növbəti matçı

19:27

"Qarabağ" Niderland klubuna qalib gəldi

18:25

"Zirə"nin oyunu yunanlara tapşırıldı

18:03

Serbiyalı futbolçu Azərbaycan klubunda

17:50

Avropa nəhəngləri türkiyəli futbolçunu istəyir

17:29

La Liqa klubunda yeni müdafiəçi

17:07

Neymar son 4 ayda ilk dəfə

16:49

Cənubi Koreyada gümüş medal

16:31

Azərbaycanlı hakimə növbəti təyinat

16:29

"Turan Tovuz"da ayrılıq - RƏSMİ

16:17

Milli üzvü Premyer Liqa klubunda

16:06

Yenidən zədələndi

15:51

Ölkəmizə gəlmək istəmədi

15:39

Yığmamız əsas mərhələdə

15:24

Araz Abdullayev "Karvan"da - RƏSMİ

15:14

Yusif İmanov "Sabah"dan ayrıldığını açıqladı

15:05

İspaniya nəhəngi 50 milyon avro ödəmək istəmir

14:49

Cicanın transferini açıqladılar

14:31

"Sumqayıt"da ayrılıq - RƏSMİ

14:24

I Liqanın başlayacağı tarix bəlli oldu

14:04

"Kəpəz"dən növbəti transfer - RƏSMİ

13:50

Henderson Premyer Liqaya qayıdır

13:35

"Lill"in sabiq üzvü Azərbaycan klubunda - ÖZƏL

13:28

Veşoviç: "Qarabağ" həmişə mənim bir parçam olacaq"

13:03

"Fənərbağça" ingiltərəli futbolçunu istəyir

12:45

Arda Turandan rekord qələbə

12:27

Atası tərəfindən qətlə yetirildi

12:02

Avropada 500-cü qol

11:40

Günün oyunları bu kanallarda - TV AFİŞA

11:19

Millimiz Yaponiya və İsveçrə klubları ilə oynayacaq

11:01

Alonso üç futbolçunu istəmir

10:49

"Liverpul" müdafiəçi transfer edir

10:34

Müqaviləsini ləğv etdi, FİFA-ya şikayət edir - ŞOK AYRILIQ

10:29

"Araz-Naxçıvan" Super Liqa klubuna qarşı

10:10

"Real" futbolçusunu İspaniya klubuna göndərir

09:50

“Qarabağ” “Tvente” ilə üz-üzə

09:29

İngiltərədə klubunu dəyişdi

09:00

"Roma"nın futbolçusu İstanbul klubunda - RƏSMİ

23:36

"Real" ona bu məbləği ödəmək istəmir

22:46

"Sabah"ın baş məşqçisi: "Heç bir qol plana daxil deyil"

22:27

Riera: "Meydanda güclü tərəf biz idik"

22:01

"Barselona"nın sabiq futbolçusu Bakıya gələcək

21:54

"Sabah" "Çelye"yə uduzdu - YENİLƏNDİ

21:39

İmmobile İtaliyaya qayıtdı

21:15

"Qarabağ" hücumçusu ilə vidalaşdı

20:05

DÇ ilə beynəlxalq mövsümə yekun vurulacaq

19:50

"Şamaxı" braziliyalı müdafiəçi aldı

19:47

18 yaşlı futbolçu "Mançester Yunayted"də

19:02

Ukraynalı oyunçu Azərbaycanı Finlandiyaya dəyişdi - ÖZƏL

18:35

"Sumqayıt"da portuqaliyalı futbolçu

18:14

"Turan Tovuz"da yeni futbolçu

18:03

Almaniya Futbol Federasiyasının üzvlərinin sayı 8 milyonu ötdü

17:49

"Araz-Naxçıvan"ın qapıçısı: "Məqsəd dəyişməz olaraq qalır"

17:13

Rəşad Sadiqov: "Sabah" meydana döyüşmək üçün çıxacaq" - AÇIQLAMA

17:08

İstanbul klubu danışıqlara başladı

16:33

"Napoli"dən yeni transfer

16:06

Antirekord təkrarlandı

15:33

"İnter" də ispan yarımmüdafiəçini istəyir

15:24

Günün oyunları bu kanallarda - TV AFİŞA

15:05

Stolüstü tennisçilərimiz Avropa birinciliyində

14:36

"Meydanda özümüzə yer tapa bilmirdik"