"Araz-Naxçıvan"ın üzvü Vanderson Melonun Sport1.az-a müsahibəsi...-
"Qarabağ"a 0:2 hesabı ilə məğlub oldunuz. Səncə, niyə uduzdunuz?- İlk hissədə məşqçinin bizə verdiyi tapşırıqları düzgün yerinə yetirə bilmədik. Bu, bizə mənfi təsir göstərdi. Futboldur və burada hər an, hər şey ola bilər. Birinci hissədəki səhvlərimiz çox oldu. Bu səbəbdən də nəticəmiz çox yaxşı olmadı.
-
Çempionatın yekununa son 2 tur qalıb. Sizi qarşıda "Şamaxı" və "Zirə" ilə çətin matçlar gözləyir. Bu oyunlara komanda olaraq necə hazırlaşacaqsınız? - Çempionatda heç vaxt asan matçlar olmur. Həmişəki kimi ciddi şəkildə hazırlaşıb, bu oyunlarda maksimum nəticə üçün əlimizdən gələni edəcəyik.
-
Mövsümün sonunda müqavilən başa çatır. Burada qalmağı düşünürsən?- Hələ bu barədə tam fikir deyə bilmərəm. Mövsüm bitdikdən sonra hər şey məlum olacaq. Hazırda diqqətimi son oyunlarımıza yönəltmişəm.
-
Ciddi təkliflərin var? Hansınısa dəyərləndirmək istəyirsən?- Dediyim kimi. Hələ heç nə məlum deyil. Nə olacağını bizə zaman göstərəcək...
EMİN ZEYNALLI
Sport1.az