Misli Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Karvan Yevlax"ı 0:2 hesablı məğlub etdi.
Görüşdən sonra qəsəbə təmsilçisi ilə debütünü edən Aaron Maluda təəsüratlarını
Sport1.az-a söylədi:
"Yaxşı oyun keçdi. 3 xal qazandıq. Bu gün "Sabah" ilə debütümü etdim, xoşbəxtəm".19 yaşlı futbolçu klubla hədəflərini açıqladı:
"Komandamla bu mövsüm ən yaxşı nəticəni göstərib, uğurlu mövsüm keçirmək istəyirəm. Bu, həm individual, həm də kollektiv olaraq hədəfimdir".MİKAYIL HACIYEV
Sport1.az