Çempionlar Liqası / Manşet
13:22
2.10.2025
468
Dünən "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda "Kopenhagen"i məğlub etdi - 2:0.Sport1.az xəbər verir ki, bu nəticə ilə qitənin ən nüfuzlu turnirində klub başına toplanılan ən çox xal Azərbaycana məxsusdur. Məlumatı, "transfermarkt" portalı yayıb.
Ölkəmizin bu turnirdə tək təmsilçisi olan "Qarabağ" hər iki oyununda qələbə qazandığından Azərbaycan cədvəldə maksimal nəticə ilə liderdir.
İkinci sırada isə 6 klubla mübarizə aparan İngiltərədir. Britaniyalıların 3.83 xalı var.
Üçüncü sırada 4 klubla təmsil olunan Almaniya qərarlaşıb. Bundesliqanın hesabında 3.75 xal var.
Dördüncü sırada 4 klubla İtaliya yerləşir. A Seriyasının 3.5 xalı var.
Beşinci sırada 3 klubla təmsil olunan, 3.33 xalla Fransa yer alır.
6-cı sırada 2 klubla mübarizə aparan, 3 xalı olan Belçika qərarlaşıb.
Türklər isə 7-ci pillədədir. Super Liqanın isə Çempionlar Liqasında 1 təmsilçisi var. "Qalatasaray" bir qalibiyyəti olduğundan, aktivində 3 xalı var.
Sonuncu, yəni 8-ci pillədə 5 klubla mübarizə aparan İspaniya yer alıb. La Liqa təmsilçilərinin xal ortalaması 2.6-dır.
MİKAYIL HACIYEV
Sport1.az