Misli Premyer Liqasının VI turu davam edir."Şamaxı" doğma divarlar arasında "Araz Naxçıvan"la heç-heçə etdi - 1:1
Qarşılaşmadan sonra meydan sahiblərinin yarımmüdafiəçisi Oruc Məmmədov
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Birinci hissə bizim üçün çox yaxşı keçdi. 1 top öndə bitirdik. Rəqib ikinci hissənin əvvəli üstünlüyü ələ alsa da, biz yaxşı oynadıq".21 yaşlı futbolçu nəticədən razı olduğunu bildirdi:
"Bu oyunda 3 xal qazana bilərdik. Amma "Araz Naxçıvan" kimi komandadan 1 xal almaq bizim üçün uğurlu nəticədir".
Sport1.az