Bu gün Misli Premyer Liqasında dördüncü tura yekun vurulub.
Sport1.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib.
Əvvəlcə “Şamaxı” öz meydanında “Karvan"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Bununla da “Şamaxı” 4 turdan sonra 5 xalla 6-cı, Yevlax klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.
Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkib. Bu görüş 0:0 hesablı bərabərliklə başa çatıb.
İlk 4 turda qələbə qazana bilməyən “Neftçi” hazırda 3 xalla turnir cədvəlində 10-cudur. “Sabah” isə 3 oyundan 4 xal toplayıb və 8-cidir.
14 sentyabr (bazar)
19:00. “Neftçi” - “Sabah” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Neftçi Arena”
16:30. “Şamaxı” - “Karvan” - 3:0
Qollar: Alfonso Msanqa, 38; Andrey Tirkoveanu, 45; Sezar Enrike, 71
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Şamaxı şəhər stadionu
Sport1.az