“Sumqayıt”dan ayrılan Kamran Quliyevin yeni klubu bəlli olub.Sport1.az-a daxil olan məlumata görə, Kamran Quliyev karyerasını I Liqada davam etdirəcək. 23 yaşlı futbolçu “Səbail”lə anlaşıb.
“Sumqayıt”la müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunan forvardın “Səbail”lə sözləşməsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Kamran Quliyev əvvəllər “Yonava” (Litva), “Sabah” və “Şamaxı”nın formasını geyinib.
NİHAT KƏRİMLİ
Sport1.az