Polşalı futbolçu Timoteuş Puxaç karyerasını Azərbaycanda davam etdirəcək.Sport1.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı sol cinah müdafiəçisi “Sabah”la anlaşıb və hazırda Bakıyadadır. Puxaç bir müddət əvvəl “QKS Katovitse”yə keçməyə yaxın olub. Lakin son anda qərar dəyişib və Azərbaycan klubu ilə razılığa gəlib.
Polşalı oyunçu əvvəllər Almaniyanın “Union Berlin”, Türkiyənin “Trabzonspor”, Yunanıstanın “ Panatinaikos”, Almaniyada “Kayzerslautern” forması geyinib. Puxaç 2024-cü ildən “Holştayn Kil”in futbolçusudur, 2025-ci ilin əvvəlində isə İngiltərə təmsilçisi “Plymut”a icarəyə verilib. Onun transfer dəyəri 1.50 milyon avrodur.
NİHAT KƏRİMLİ
Sport1.az