“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az-a daxil olan məlumata görə, Aleksey İsayev yenidən Masazır təmsilçisinə transfer olunub. Azərbaycan millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi son olaraq “Qarabağ”ın formasını geyinirdi.
İsayev 2020–2023-cü illərdə “Sabah”da çıxış etmiş, daha sonra 2024-cü ilin yanvarında “Qarabağ”a transfer olunmuşdu. İndi isə futbolçu karyerasını yenidən “Sabah”da davam etdirəcək. Müqavilənin detalları açıqlanmayıb.
O, Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.
NİHAT KƏRİMLİ
Sport1.az