“Şamaxı”dan ayrılan Vasiliye Bakiçin yeni klubu məlum olub.
Sport1.az xəbər verir ki, müdafiəçi “İlves” klubuna keçib. Bu barədə Finlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Serbiyalı futbolçu 2024/2025 mövsümündə “Şamaxı”nın heyətində Premyer Liqada 23 oyunda 1 qol vurub.
Sport1.az