Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"i darmadağın etdi - 3:0.Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Adil Şükürov mətbuat konfransına qatıldı.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"İlk oyunda yaxşı nəticə qazanmaq istəyirdik. Əlimizə düşən imkandan istifadə edə bilmədik və futbolun yazılmamış qanunu özünü göstərdi – rəqib fərqləndi. İkinci qol da biz hücuma çıxandan sonra oldu. Bundan sonra komandada eniş yaşandı və məğlub olduq. Yeni yığılan komandayıq. Hələ tam formalaşmamışıq, bəzi oyunçular komandaya qatılacaq. Elə etməliyik ki, xallar qazanaq, qarşımıza qoyulan məqsədə çataq".
Sport1.az