Adil Şükürov "Kəpəz"in yeni baş məşqçisi təyin olunub. Sport1.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb.
Xatırladaq ki, məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.
Adil Şükürov "Kəpəz" futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
Sport1.az