Misli Premyer Liqasının I turunda "İmişli" "Turan Tovuz"a məğlub oldu - 0:1.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Jorj Kaskilya mətbuat konfransına qatıldı.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Yaxşı oynadıq. Müdafiədə yaxşı oyun getdi. Son dəqiqələrdə qol buraxmaq ağırdır. Məyusedici haldır. Bu, futboldur. İlk hissədə orta xəttdə oyun gedirdi. Komandalar bir-birini kəşf edirdi. İkinci hissədə taktiki baxımdan daha yaxşı oynadıq, şanslarımız oldu. Son dəqiqələrdə qapıçımız və müdafiəçimizin zədələnməsi oyuna təsir etdi. Əlavə vaxtda sıxıntılar yaşadıq və qol buraxdıq".
Sport1.az