Sabah Azərbaycan Premyer Liqasında 2025/26 mövsümü start götürəcək. Bəzi komandalar transfer çalışmalarını bitirsə də, bəzilərində bu proses davam edir.
Sport1.az-ın əldə etdiyi məlumata görə, “Sumqayıt” heyətini gücləndirmək niyyətindədir. “Kimyaçılar”ın baş məşqçisi Saşa İliç rəhbərlikdən sol ayaqlı mərkəz müdafiəçisi transfer etməsini istəyib. Klub hazırda bir neçə namizədlə danışıqlar aparır
Qeyd edək ki, "kimyaçılar" yay transfer pəncərəsində heyətinə daha əvvəl Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata, Keffel Resendeni və İmani Barkeri də qatıb. Sonuncu oyunçu icarə əsasında “Karvan-Yevlax”a göndərilib.
KƏRİMLİ NİHAT
Sport1.az