"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.Sport1.az xəbər verir ki, komanda keçmiş futbolçusu Masaki Muratanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sumqayıt son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş yarımmüdafiəçi ilə 2 illik anlaşma imzalayıb. Murata "Sumqayıt" FK-nın heyətində "71" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Masaki Murata 2023-cü ilin yanvarından 2024-cü ilin iyununa qədər “Sumqayıt”ın heyətində çıxış etmişdi.
Sport1.az