Yeni mövsümə iddialı şəkildə hazırlaşan "Sumqayıt" klubu heyətini gücləndirmək istiqamətində işlərini davam etdirir.
"Kimyaçılar"ın daha bir əcnəbi futbolçu Samba Kamara ilə maraqlandığı qeyd olunurdu. Hətta, 32 yaşlı mərkəz müdafiəçisinin müqavilə imzalamaq məqsədilə Azərbaycana gəldiyi iddia olunurdu.
Mali millisində 1 oyunu olan Kamaranın transferi ilə bağlı klubun media və marketinq şöbəsinin rəhbəri Zaur Xudiyev
Sport1.az-a açıqlama verdi:
“Samba Kamara siyahımızda var idi. Amma biz bir neçə futbolçu ilə danışıqlar aparırıq. Dünən braziliyalı oyunçu Keffelin transferini açıqladıq. Samba ilə isə hələlik razılıq əldə olunmayıb və böyük ehtimalla bu transfer baş tutmayacaq. Digər oyunçularla danışıqlar davam edir”.
NİHAT KƏRİMLİ
Sport1.az