2025/26 mövsümünə hazırlıqları davam etdirən "Sumqayıt" Futbol Klubu növbəti transferini reallaşdırıb.
Sport1.az xəbər verir ki, klub Fransadan olan müdafiəçi İmani Barker ilə 4 illik müqavilə imzalayıb.
22 yaşlı futbolçu yeni mövsümün sonuna qədər icarə əsasında "Karvan-Yevlax" klubunda çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" yay transfer pəncərəsində heyətinə daha əvvəl Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resendeni də qatıb.
Sport1.az