Premyer Liqaya vəsiqə qazanan "Karvan" növbəti transferini həyata keçirib.Sport1.az xəbər verir ki, "ağ-qaralar" nigeriyalı hücumameyilli yarımmüdafiəçi Qavi Thompsonla 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Laqos” klubunda forma geyinib.
Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 asist etməyə müəssər olub.
Sport1.az