Sodik Raşid karyerasını Azərbaycanda davam etdirə bilər.Sport1.az xəbər verir ki, nigeriyalı ilə "Turan Tovuz" yaxından maraqlanır.
25 yaşlı mərkəz müdafiəçisinin "Rabotniçki" ilə müqaviləsi iyunun 30-da başa çatır.
Qeyd edək ki, Sodik Raşid karyerası ərzində "Remo Stars" "Fremad Amaqer", "Alaniya", "Vista" və "Skopye" kimi klublarda çıxış edib.
Müdafiəçi ötən mövsüm Şimali Makedoniya təmsilçisinin heyətində 31 qarşılaşmada 1 qol vurub.
Sport1.az