"Karvan" heyətini yeni futbolçu ilə gücləndirib.Sport1.az xəbər verir ki, Yevlax təmsilçisi Behzod Kholikulovu transfer edib.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Özbəkistanlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Behzod son olaraq ölkəsinin “Soqdiana” klubunun formasını geyinib.
Sport1.az