Futbol / Azərbaycan / I Liqa
19:21
25.04.2025
50
1-ci Liqada 23-cü turun oyunları keçirilir.
Sport1 .az xəbər verir ki, bu gün baş tutan oyunlardan sonra Premyer Liqaya vəsiqə qazanan daha iki komanda məlum olub. "Qəbələ"dən sonra "İmişli" və "Karvan" da mövsümü ilk 3-lükdə başa vurmağı təmin edib.
2-ci pillədə qərarlaşan "İmişli" səfərdə "Zaqatala"ya qalib gəlib. 3-cü yerdə olan "Karvan" isə doğma meydanda "Cəbrayıl"dan üstün olub. "İmişli" mövsümün bitməsinə 4 tur qalmış 4-cü sıradakı "Zaqatala"nı 16, "Karvan" isə 15 xal qabaqlayır.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, I Liqadan 3 komanda Premyer Liqaya yüksələcək.
Sport1.az