Mövsümün sonunda "Neftçi" millimizin üzvü Höccət Haqverdi ilə yeni müqavilə imzalamadı. Sport1.az-a daxil olan məlumata görə, hazırda klubsuz qalan müdafiəçi bir Premyer Liqa klubu ilə danışıq aparır. Söhbət "Sumqayıt"dan gedir. Tərəflər arasında danışıqlar gedir. Futbolçu maddi məsələdə klubla razılaşsa, Höccət Haqverdi yeni mövsümə "kimyaçılar"da başlayacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçu Azərbaycan millisinin heyətində 23 matçda 1 qol vurub.
Sport1.az