“Saşa İliçin işi barədə indidən nəsə demək düzgün çıxmaz”.Bu sözləri
Sport1.az-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Sumqayıt”ın baş məşqçisi təyin olunan Saşa İliç barədə danışarkən dedi.
O, serbiyalı mütəxəssisin komandanı toparlamaq üçün vaxtının olduğunu bildirdi:
“Lakin onun hansı fəlsəfədə komanda quracağı və meydanda hansı oyun üslubundan istifadə edəcəyi bilinmir. Transferlərdən də çox şey asılı olacaq. Çempionatın gedişində serbiyalının işini qiymətləndirmək doğru olar. Hər iki tərəf üçün uğurlu olsun”.Qeyd edək ki, “Sumqayıt” Saşa İliçlə 1 illik müqavilə imzalayıb.
CAVAD
Sport1.az