"Qarabağ"ın üzvü Toral Bayramov karyerasını ölkə xaricində davam etdirə bilər.Sport1.az xəbər verir ki, müdafiəçi ilə Belçikanın "Standart" klubu yaxından maraqlanır.
Bu barədə məlumatı “voetbalprimeur.be” nəşri yayıb. Lyej təmsilçisi 24 yaşlı futbolçu üçün "Qarabağ"la danışıqlara başlamaq niyyətindədir.
Qeyd edək ki, Toral Bayramov ötən mövsüm 51 qarşılaşmada meydana çıxıb. Millimizin üzvü bu görüşlərdə 9 qol vurub, 10 məhsuldar ötürmə edib.
Sport1.az