"Sumqayıt"la qarşılıqlı razılıq əsasında yolları ayıran Vaqif Cavadovun işsiz günləri başa çatmaq üzrədir.Redaksiyamıza daxil olan məlumata görə, çalışdırıcının "Kəpəz"in baş məşqçisi olması üçün bir çox şəxslər vasitəçi olub. Söhbət əmisi İsgəndər Cavadov və qohumu İlqar Qurbanovdan gedir.
Klubun idman məsələləri üzrə müşaviri Erkin İbrahimov da bu keçidin baş verməsini istəyir. Artıq tərəflər arasında ilkin danışıq da olub. Hansısa böyük problem baş verməsə, 99 faiz Vaqif Cavadov Gəncə təmsilçisinin yeni baş məşqçisi olacaq.
Mütəxəssis "Kəpəz"də o qədər də böyük məvacib almayacaq. Onun aylıq qazancı maksimum 5-6 min manat olacaq.
Maraq üçün bildirək ki, "sarı-göylər" 2025/26 mövsümündə o qədər də iddialı olmayacaq. Rəhbərlik üçün ilkin hədəf komandanın 6-8-ci pillələrdə qərarlaşmasıdır.
Sport1.az
Sport1.az