Yeni mövsüm "Karvan" Premyer Liqada mübarizə aparacaq. Komandanın ev oyunlarını Yevlaxda keçiriləcəyi bildirilir. Lakin, stadion hələlik Premyer Liqa standartlarına cavab vermir. Görəsən, klub rəhbərliyi arenada təmir işlərinə nə zaman başlayacaq?
Sualımızı "Karvan"ın mətbuat katibi Bəhruz Musayevə ünvanladıq. Yevlax təmsilçisinin rəsmisi məslə ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Stadionun təmir işləriylə bağlı onu deyə bilərəm ki, xərclər müəyyənləşdirilməlidir. Çox güman ki, təmir işlərinə iyunun 15-dən sonra başlanılacaq".EMİN ZEYNALLI
Sport1.az