Ruan Renatonun "Zirə" ilə yeni müqavilə bağladığından xəbərdarsınız.Sport1.az xəbər verir ki, braziliyalı Bakı təmsilçisi ilə 2 illik saziş imzalayıb.
31 yaşlı müdafiəçi ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Sən demə, Renatonu "Qarabağ" heyətinə qatmaq istəyib. Lakin braziliyalı Ağdam təmsilçisinin təklifini rədd edib. Bundan sonra, "Zirə" rəhbərliyi razılaşaraq 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Ruan Renato 2023-cü ildən bəri Bakı klubunda çıxış edir. Braziliyalı daha əvvəl "Qəbələ"də top qovub.
Sport1.az