Xorvatiya mediası Mahir Emreli haqda məqalə hazırlayıb.Sport1.az xəbər verir ki, "Index.hr" nəşri millimizin üzvünün II Bundesliqanın 31-ci turunda "Nürnberq"in “Fortuna”ya (Düsseldorf) qarşı keçirdiyi oyunda (3:3) vurduğu qolu şərh edib:
“Mahir Emreli komandasının heyətində daha bir qol vurdu. Zaqreb "Dinamo"sunun sabiq hücumçusu "Fortuna" ilə matçda komandasının ikinci qoluna imza atdı. Düsseldorf klubunun hücumundan sonra “Nürnberq” əks-hücuma keçdi və Yander topu Emreliyə ötürdü. O da 35 metrdən topu boş qapıdan keçirərək komandasının üstünlüyünü artırdı. Bu, onun son üç matçda vurduğu dördüncü qol oldu”.
Sport1.az