AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasında 32-ci turun “Kəpəz” – “Zirə” oyununda yaşananlara hüquqi qiymət verilib.
“Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
Sport1.az