Senytabrın 27-də ölkəmizdə keçirilən MDB Oyunlarında futbol yarışlarına start verildi.
Açılış görüşündə komandamız Tacikistanı minimal hesabla məğlub etdi - 1:0.
Maraq üçün bildirək ki, U-17-nin oyununu AFFA-nın rəsmi şəxsləri izləmirdilər. Qəbələdə nə vitse-prezidenti Sərxan Hacıyev var idi, nə də baş katib Cahangir Fərəcullayev. Görəsən, niyə?
Ölkəmizdə keçirilən MDB Oyunlarının digər yarışlarında hər federasiyasının hansısa rəsmi şəxsi iştirak edir. Düzdür, AFFA-nın texniki idman direktoru Cahangir Həsənzadə oyunda idi. Amma bu, onun işidir. Texniki idman direktoru aşağı yaş qrupu üzrə komandalara nəzarət edir.
Məsələ ilə bağlı məlumat almaq üçün AFFA-nın mətbuat katibi Murad Axundova müraciət etdik. Federasiya rəsmisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
"Rəhbərlik UEFA-nın tədbirində iştirak edirdi. Bu səbəbdən də MDB Oyunlarınında baş tutan Azərbaycan - Tacikistan qarşılaşmasında iştirak edə bilmədi. Onlar sentyabrın 27-sindən 28-inə keçən gecə Bakıya eniş etdilər".
MİKAYIL HACIYEV
Sport1.az