Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.
Qəbələdə keçirilən futbol yarışında bu gün daha 2 qarşılaşma baş tutdu.
A qrupunda Tacikistan Qırğızıstanı darmadağın etdi - 7:1.
Qarşılaşmadan sonra qalib gələn komandanın baş məşqçisi Jafar Ahmedov
Sport1.az-a açıqlamasında qələbə haqda bunları söylədi:
"Bizim üçün əla oyun oldu. Nəticə Qırğızıstan komandasının əsl gücünü göstərmir. Düşünürəm ki, rəqib çox yaxşı komandadır. Yaxşı futbolçulardan təşkil olunublar. Qarşılaşmaya yaxşı başladıq. Düzdür, oyunçularım hələ ki, hava şəraitinə uyğunlaşa bilməyiblər. Lakin bu gün qeyd etdiyim çətinliyin öhdəsindən gəldilər. Yaxşı hücumlar qurduq. Meydanda istədiklərimizi edə bildik. Sevindirici məqam budur ki, əlimizə düşən fürsətləri dəyərləndirə bildik. Qalib gəldikləri üçün futbolçularımı təbrik edirəm".Mütəxəssis A qrupununda Azərbaycana 0:1 hesabı ilə məğlub olmaqlarının səbəbini də açıqladı:
"Futbolda bəzən ədalətsiz nəticələr olur. Düşünürəm ki, həmin oyunda daha üstün tərəf biz idik. Meydanda topa nəzarət edirdik. Azərbaycan millisi də yaxşı kollektivdir. Onların heyətində də güclü futbolçular. Əllərinə düşən şansdan maksimum istifadə etdilər. Bu yaş qrupu üzrə komandaların oyununda qol buraxandan sonra geridönüş etmək çox çətindir. Biz hücumlar edirdik. Lakin fərqlənə bilmədik. Bu səbəbdən də həmin görüşdə qalib gələ bilmədik".Tacikistanlı məşqçi Azərbaycan - Qırğızıstan görüşü haqda da fikirlərini səsləndirdi:
"Oyunun nəticəsi barədə təxmin edə bilmərəm. Maraqlı qarşılaşma olacaq. Hər iki komanda yaxşı futbolçulara malikdirlər. Düşünürəm ki, gərgin oyun izləyəcəyik. Ümid edirəm ki, güclü olan tərəf qalib gələr".
Sport1.az