Ayxan Abbasovun millinin baş məşqçisi olacağını diqqətinizə çatdırmışdıq.Sport1.az-a daxil olan məlumata görə, onunla yaxın günlərdə müqavilə imzalanacaq.
Təcrübəli mütəxəssis hazırda U-21 millimizi çalışdırır. Onu kimin əvəz edəcəyi də bəlli olub. Redaksiyamıza daxil olan məlumata görə, bu vəzifəni Rəşad Eyyubov icra edəcək.
Gənc məşqçinin təyinatı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, U-21 millisində və "Şamaxı"da çalışan Elnur Çodarov əsas yığmada da Ayxan Abbasovun köməkçisi olacaq.
Sport1.az