Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev komandamızın üzvlərini qəbul edib.
Spor1.az xəbər verir ki, Elnur Rzayev klub rəhbərliyi, məşqçi və futbolçuları 2-ci Liqada bürünc medal qazanaraq 1-ci Liqaya yüksəlməsi münasibətilə təbrik edib, uğurların davamlı olmasını arzulayıb.
Görüşdə klubun gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev komandamızın üzvlərini Fəxri Fərmanla mükafatlandırıb. Klub rəhbərliyi də öz növbəsində 2-ci Liqanın bürünc medalını və "Şimal" Futbol Klubunun 27 nömrəli formasını rayon başçısına təqdim etdi.
Sport1.az