Bakıdan yavaş-yavaş Sumqayıta doğru tərpənirəm.
Hələ oyunun başlamasına 2 saat var. Günorta radələrində matça 1900 biletin satıldığını diqqətinizə çatdırdım. Bu, çox azdır. Ümid edirəm ki, oyun başlayana kimi bu say artar. Yığmamız ilk dəfədir ki, Sumqayıtda meydana çıxacaq. Haiti ilə birinci rəsmi matçımızdır. Çoxu düşünür ki, Şimali Amerika respublikası zəif kollektivdir. Amma bu, belə deyil. Ən azından heyətində "Almere Siti", "Sion", "Kayserispor", AEK kimi klubların üzvləro olan komanda zəif olmaz. Düşünürəm ki, millini bu görüşdə tək qoymaq səhv addımdır. Bəli, adi yoldaşlıq oyunudur. Amma...
Bəlkə də gələcəyin millisinin təməli bu gün qoyulur. Ola bilər ki, AFFA-nın iş prinsipini, idarəetmə sistemini bəyənməyək. Amma bu yığma bizimdir. Ona dəstək olmaq mənəvi borcumuzdur. Qoymayaq ki, özünü futbolun başbilənləri hesab edənlər millimizi sahibsiz hesab edərək öz mənasız əməllərini həyata keçirsinlər...
İLKİN SULTANLI
Sport1.az