Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.Sport1.az xəbər verir ki, Fernadu Santuşun baş məşqçisi olduğu yığma Haiti seçməsi ilə üz-üzə gəlib.
Komandalar Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qarşılaşıblar. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığmamız ikinci yoxlama oyununu martın 25-də Belarus millisinə qarşı keçirəcək.
Yoldaşlıq oyunu
22 mart
21:45 Azərbaycan – Haiti 0:3
Qollar: Pierrot,9, 62, Jan-Jak,83
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84
Baş hakim: Kadir Sağlam
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta
Dördüncü hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Sport1.az