Sabah 2025/26 mövsümündə I Liqada çıxış edəcək sonuncu komandanın adı bəlli olacaq.Sport1.az xəbər verir ki, pley-off matçında "Difai" ilə "Hypers Quba" üz-üzə gələcək.
Görəsən, Quba təmsilçisi qarşılaşmaya necə hazırlaşır? Şimallılar I Liqaya yüksələ biləcəklər?
Suallarımızı klubun prezidenti Ayaz Abdullayevə ünvanladıq. "Hypers Quba"nın rəhbəri
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Sabahkı oyuna maksimum gücümüzlə hazırlaşmışıq. Startdan final fitinə kimi qələbə uğrunda döyüşüb, I liqaya vəsiqə qazanmağı qarşımıza hədəf qoymuşuq. Məqsədimizə nail olmasaq da, bunu faciəyə çevirməyəcək. Növbəti mövsüm II Liqada çempionluq üçün çalışacağıq".Ayaz Abdullayev fanatlarının oyuna böyük marağı olduğunu bildirdi:
"Çempionat oyunlarımızda qubalı azarkeşlərimiz bizi tək qoymayıblar. İnanıram ki, “Difai Ağsu”yla qarşılaşmada da fanatlarımız tribunada yerlərini tutacaq. Onlar 12-ci oyunçu kimi dəstəyini əsirgəməyəcəklər”. MİRZƏ S
Sport1.az