Daha bir azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirə bilərmiş.
Sport1.az xəbər verir ki, söhbət Yusif İmanovdan gedir. "Sabah"ın üzvü ilə "Eqnatiya" maraqlanıb. Lakin keçid baş tutmayıb.
Paytaxt təmsilçisi Albaniya klubundan transfer üçün 150 min dollar tələb edib. Lakin qarşı tərəf bu məbləği ödəmək istəməyib.
Maraq üçün bildirək ki, "Sabah" millimizin üzvü olan Yusif İmanovu Avstriyadakı təlim-məşq toplanışına aparmayıb.
Sport1.az