“Baku Sporting”də komanda daxili iclas keçirilib.Sport1.az xəbər verir ki, bir sıra cari məsələlərə və gələcək planlara həsr olunmuş yığıncaqda əsas diqqət qarşıdan gələn 2025/26-cı il mövsümünə yönəlib.
Yeni mövsüm üçün büdcənin təsdiq olunduğu toplantıda, komandanın hazırlıq prosesinə başlayacağı tarix də dəqiqləşib. Belə ki, baş məşqçi Elman Sultanovun rəhbərliyi altında “Baku Sporting” 21 iyuldan etibarən məşqlərə start verəcək. 30 iyundan etibarən isə komanda transfer çalışmalarına başlayacaq.
Tədbirdə gələcəkdə klubun uşaq-futbol akademiyasının inkişaf yolları da müzakirə olunub.
Sport1.az