I Liqada çıxış edən "Baku Sportinq" rəhbərliyi klubun gələcəyi ilə bağlı vacib toplantı keçirir.Sport1.az xəbər verir ki, tədbirdə baş məşqçi və məşqçilər korpusu ilə bağlı qərarlar qəbul olunub.
Elman Sultanovla 2030-cu ilin mayına kimi müqavilə imzalanıb. Məşqçilər korpusu ilə də eyni şərtlərlə saziş bağlanıb.
Qeyd edək ki, I Liqada 21 turdan sonra "Baku Sportinq" 26 xalla 5-ci pillədə qərarlaşıb.
Sport1.az