"Gəncə" basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib. Sport1.az xəbər verir ki, ABŞ-dən olan Malek Deyvis mövsümün sonuna kimi qərb təmsilçisində oynayacaq. 25 yaşlı oyunçu hücumçu mövqeyində çıxış edir. 178 sm boya malik basketbolçunun son klubu Litvada "Alytus" olub.
Malek "Gəncə"də "2" nömrəli formanı geyinəcək.
Sport1.az