"Qəbələ"nin üzvü Ruslan Voronsovun Sport1.az-a müsahibəsi...-
I Liqanın 20-ci turunda səfərdə "Baku Sportinq"i 5:0 hesabı ilə darmadağın etdiniz. Böyük hesabla qələbə qazandığınız oyunla bağlı fikirlərin maraqlıdır...- Güclü rəqibə qarşı oynadıq. Onlarla I dövrədəki oyunda qolsuz bərabərliyə razılaşmışdıq. Bu dəfə də çətin matç oldu. 5 topla qalib gəlsək də, görüş asan keçmədi. Qələbə ilə yanaşı elitaya vəsiqə qazandığımıza görə də çox sevincliyik. Bu münasibətlə bütün “Qəbələ” fanatlarını təbrik edirəm. Onlar bizə dəstəklərini əsirgəmir.
-
Premyer Liqaya vəsiqə qazanmaqla minimum hədəfinizə çatdınız. Çempionluq yolunda motivasiyanız aşağı düşməyəcək?- Qətiyyən! Biz çempion olmağı çox istəyirik. Amma qızıl medallara gedən yolda məğlubiyyətsizlik və maksimum az qol buraxmağa fokuslanmışıq. Belə götürəndə bir yox, üç hədəfimiz var.
-
“Qəbələ”nin irəli xətdində ən hərəkətlilərdən olsan da, az qol vurmusan. Qarşıda 7 tur var. Növbəti matçlarda qollar vura biləcəksən?- Əlbəttə! Hər oyunda qol vurmaq və bombardirlər siyahısında yer almaq istəyərəm. Amma əsas olan tək mənim yox, komandamızın uğurudur.
-
Səni elitadakı “Qəbələ”nin heyətində görə biləcəyik?- (gülür). “Qırmızı-qaralar”ın sıralarında olmaq istəyərəm. Amma bu barədə yekun qərarı baş məşqçimiz verəcək.
Sport1.az