“Quba”nın ABŞ-dan olan basketbolçusu Jalen Reyndols klubun mətbuat xidmətinin suallarını cavablandırıb.
Sport1.az müsahibəni təqdim edir
- “Quba” reqular sezonda son oyununa çıxacaq. “Ordu” ilə oyun haqda nə düşünürsən, qalib gələ biləcəksiniz?
- “Ordu”ya qarşı çox yaxşı oyun olacağını düşünürəm. Biz reqular sezonu qalibiyyətlə başa vurmaq istəyirik. Tam olaraq hazırda buna fokuslanmışıq. Buna görə də sona qədər mübarizə aparacağıq.
- Ölkə çempionatında uzun fasilə yaranıb. Bu fasiləni harada keçirdin?
- Mən fasiləni Bakıda keçirdim, başqa ölkəyə getmədim. Elə burada Novruz bayramını da keçirdim. İlk dəfə idi ki, Novruz bayramını qeyd edirdim. Maraqlı idi.
- “Quba” Azərbaycan çempionatında demək olar ki, uğursuz çıxışını davam etdirir. Sizcə, məğlubiyyətlərin səbəbi nədir?
- Bu mövsüm liqamızda hər kəslə oynaya biləcəyimizi göstərdik. Məğlubiyyətimizin bəzi səbəbləri isə yorğunluğun yaratdığı səhvlər idi. Yorğun olduğumuz zaman müdafiədə də səhvlərə, foullara yol verirdik. Atışlarda da bəzən dəqiq ola bilmirdik. Bu da sonda istədiyimiz nəticəni qazanmağa imkan vermirdi. Daha çox zehni olaraq bağlanmalı və daha sərt təkan verməliyik.
- “Quba” pley-in yarışlarında iştirak edəcək. Heç olmasa burada uğurlu ola biləcəksiz?
- Müntəzəm mövsüm bitəcək və yeni startımız olacaq. Ona görə də düşünürəm ki, burada uğur qazanacağıq. Bizə təzyiq olduğunu düşünmürəm. Çünki bizdən qalib gələcəyimizi gözləyənlər çox deyil. Əsas basqının “Ordu”da olduğunu fikirləşirəm.
- Azərbaycan Basketbol Liqasında özünüzü yaxşı tərəfdən göstərə bildiyini düşünürsən? “Quba”dakı karyeranız istədiyiniz kimi gedir?
- Düzü, ilk oyunlara daha yavaş başlamışdım. Amma liqaya oyundan-oyuna öyrəşməliydim. Karyeramın istədiyim kimi başladığını hiss edirəm. Lakin hər zaman təkmilləşmək üçün imkan var.
Sport1.az