"Arsenal"ın müdafiəçisi Villiam Saliba yayda klubunu dəyişə bilər.
Sport1.az xəbər verir ki, "Mançester Siti" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Defensa Central" məlumat yayıb.
"Şəhərlilər" mövsümün sonunda Saliba üçün "Arsenal"a təklif göndərəcək. 24 yaşlı mərkəz müdafiəçisi ilə "Real" da maraqlanır.
Sport1.az