UEFA-nın İsrail klublarına avrokuboklaral bağlı tətbiq etdiyi qadağa qüvvədə saxlanılıb.
Sport1.az xəbər verir ki, bu barəd "One" məlumat yayıb.
Bildirilib ki, ölkə təmsilçiləri növbəti avrokubok mövsümündə də ev oyunlarını neytral meydanda keçirməyə davam edəcəklər. Avropa futbol qurumu bununla bağlı İsrail klublarını da xəbərdar edib.
Qeyd edək ki, bu mövsüm İsraili Avropa Liqasının əsas mərhələsində bir komanda - Təl-Əviv "Makkabi"si təmsil edib ki, o da ev oyunlarını Belqraddakı (Serbiya) "Partizan" stadionunda keçirib.
Sport1.az