Rusiyalı hokkeyçi Fyodor Malıxinin meyiti yaşadığı mənzildə tapılıb.Sport1.az xəbər verir ki, 34 yaşlı idmançının vəfat etməsinin səbəbi araşdırılır.
Malıxin Kontinental Hokkey Liqasında (KHL) "Avtomobilist", "Ak Bars", "Traktor", "Spartak", "Vityaz" və "Avanqard" klublarında çıxış edib. O, 2018-ci ildə Qaqarin Kubokunu və Rusiya çempionatını qazanıb.
Qeyd edək ki, Fyodor Malıxin 2023-cü ilin noyabrında hokkeyçi karyerasını başa vurub.
Sport1.az