Haiti millisinin hücumçusu Fratsdi Pyero Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq oyunundan öncə mətbuat konfransında iştirak edib.Sport1.az xəbər verir ki, AEK-də çıxış edən 29 yaşlı forvard oyunun test olduğunu bildirib:
"Sabah qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin oyun olacaq. Çünki Azərbaycan millisi çox yaxşı komandadır. Bu matç dünya çempionatının seçmə mərhələsi öncəsi öz vəziyyətimizi dəyərləndirmək üçün yaxşı testdir".-
Uzaq məsafədən gəlməyiniz oyuna təsir edə bilər?- Oyunçularımızın əksəriyyəti Avropada çıxış edir. Mən özüm Yunanıstanda oynayıram. Bizim Türkiyədə, Fransada çıxış edən futbolçularımız var. Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi. Ən yaxşı performansımızı ortaya qoymağa çalışacağıq.
Sport1.az