Haiti milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Azərbaycan seçməsi ilə üz-üzə gələcək.Sport1.az xəbər verir ki, yığmanın baş məşqçisi Sebastien Miqne matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
[b
]"Gözləntilərimiz əlbəttə ki, qələbədir. Sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Avropa təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq".[/b]
-
Rəqiblə tanışsız?- Bəli. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir.
-
Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiz?- Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəm.
-
Zədəli futbolçularınız var?- Bura gətirilən 23 oyunçudan zədəli və ya hazır olmayan yoxdur. Hər kəs oynaya bilər.
Sport1.az