"Komandada abu-hava yaxşıdır. Qələbə qazanmaq istəyirik".
Sport1.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə deyib.
Müdafiəçi Haiti millisi ilə yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
"Haiti bizi çox da tanış olmasa da, hazırlığımız zamanı onların oyunlarını izləmişik. Kifayət qədər yaxşı oyunçulara malikdirlər. Sabah bizi maraqlı oyun gözləyir".
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.
Sport1.az