Britaniyanın "Give me Sport" nəşri bu il "Qızıl top"a əsas namizədlərin yeni reytinq siyahısını açıqlayıb.Sport1.az xəbər verir ki, Məhəmməd Salah "Liverpul"un Çempionlar Liqasından kənarda qalmasından sonra ilk pilləni itirib.
Misirli hazırda əsas namizədlər arasında yalnız üçüncüdür.
Reytinqin birinci pilləsinə "Real"ın hücumçusu Kilian Mbappe başçılıq edir. "Barselona"nın cinah oyunçusu Rafinya ikinci pillədə qərarlaşıb.
Reytiqdə Vinisius Junior dördüncü, Lamin Yamal isə beşincidir.
Xatırladaq ki, "Qızıl top"un hazırkı sahibi "Mançester Siti"nin ispan yarımmüdafiəçisi Rodridir.
Sport1.az