İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun yığmaya dəvət olunmasına qarşı çıxıb.Sport1.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, italiyalılar Mourinyo variantını ciddi şəkildə nəzərdən keçiriblər.
Məlumata görə, İtaliya millisinin sponsoru “Adidas” şirkəti portuqaliyalı məşqçinin maaşını qismən maliyyələşdirməyə hazır olub. Bununla belə, Mourinyonun daha bir il müqaviləsi olduğu “Fənərbağça” böyük məbləğdə təzminat tələb edəcəkdi.
Məhz Buffon Mourinyonun mümkün təyinatı ilə razılaşmadığını bildirərək, federasiya rəhbərliyini milli komandanın İtaliya futbolunu təmsil edən məşqçiyə ehtiyacı olduğunu inandırmağa çalışıb.
Qeyd edək ki, milli komanda sonda italiyalı Cennaro Qattuzoya tapşırılıb.
Sport1.az